Bazar, 25 Dekabr 2022 09:41

Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun xatirəsi yad edilib...

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun doğum günü ilə əlaqədar xatirəsinə həsr olunmuş tədbir keçirilib. Çıxış edənlər Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının rəsmiləri, şəhid ailələri və ictimiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin daim uca tutulduğu ifadə olunub. Tədbir bədii hissə ilə davam edib, şəhid Xəyal Məmmədovun övladları vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, şəhidin xatirəsinə ithaf edilən mahnılar ifa edilib. Xatırladaq ki, mayor Xəyal Məmmədov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Qəhrəman "Vətən uğrunda", "Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S