Şəki şəhər 17 saylı orta məktəbdə gözəl bir təşəbbüsə imza atılıb. Belə ki, Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi bayramları münasibətilə məktəbin peşə təmayüllü siniflərinin sərgi - satış yarmarkası təşkil edilib. Yarmarkada Regional Təhsil idarəsinin, Peşə mərkəzinin, Əlillərin Regional Bərpa mərkəzinin əməkdaşları və valideynlər iştirak ediblər. Qonaqlar peşə təmayüllü siniflərin hazırladıqları müxtəlif növ əl işləri, geyimlər, Şəki mətbəxindən kulinariya nümunələri ilə tanış olublar və bəyəndikləri məhsulları alıblar. Bildirilib ki, sərgi - satış yarmarkasının keçirilməsində məqsəd şagirdlərin peşə bacarıqlarını nümayiş etdirməkdir. Satışdan əldə olunan gəlir isə şəhid ailəsindən olan uşaqlara hədiyyə almaq üçün sərf olunacaq. Xatırladaq ki, 17 saylı orta məktəb Şəki rayonu üzrə yeganə peşə təmayüllü məktəb kimi fəaliyyət göstərir, həmçinin burda STEAM metodologiyası tətbiq edilir.