Cümə axşamı, 22 Dekabr 2022 18:01

Fantastik “Yeni il” qiymətləri…

Yeni ili yaddaqalan keçirmək üçün insanların ən çox üz tutduqları yer şimal-qərb bölgəsidir.  Qış turizminin ən çox inkişaf etdiyi Qəbələdə otellər artıq yeni il üçün tam hazırdır. Ən çox tələbat da burdakı istirahət mərkəzlərinədir. Demək olar artıq yeni il üçün bütün yerlər bron edilib. Məlum məsələdir ki, hər il sözügedən istirahət mərkəzlərində qiymətlər adi günlərlə müqayisədə bayramqabağı qat-qat baha olur.  Qəbələdə yeni ili qarşılamaq qonaqlara təqribən 5000 manatadək gedib çıxır . Bura dekabrın 30-dan yanvarın 4-dək gecələmək, gündə iki dəfə yemək və Yeni ili möhtəşəm qeyd etmək daxildir. Şamaxıda da yeni ili qeyd etmək istəyənlər üçün müxtəlif əyləncələr nəzərdə tutulub. Burda da qiymətlər digər günlərlə müqayisədə nəzərçarpacaq dərəcədə artıb. Yeni il paketlərinin qiyməti isə hətta 7000 manatadək gedib çıxır. Təkliflər gündə 3 dəfə qidalanma və yeni il şənliyi daxil 3-4 günlükdür. Şəkidə də bayram üçün xüsusi şou praqramlar hazırlanıb. Artıq istirahət məkanlarında yer tapmaq müşkül məsələyə çevrilib. Şəkidə yerləşən otellərdə bayram paketləri digər turizm bölgələri ilə müqayisədə daha ucuzdur. Belə ki, yeni ili burda qarşılamaq istəyənlər üçün qiymətlər 300 manatla 4000 manat arasında dəyişir. Ekspertlər deyirlər, quru sərhədlər bağlı olduğuna görə xaricə səfər etmək istəyənlər mütləq hava yolundan istifadə etməlidirlər. Bu da çox xərc tələb edir. Bu səbəbdən də əhalinin əksəriyyəti elə öz regionlarımıza üz tutur. Yeni ilə 1-2 ay qalmış turizm şirkətləri və otellər bazara təklif çıxarır. Və tələb-təklif əsasında bazarda qiymət formalaşır. Hər hansı dövlət qurumu isə qiymətlərə nəzarət etmir. Şaxta baba demiş qarlı dağlar aşmaq, çox yerlər dolaşmaq üçün əliniz də gərək cibinizdə olsun.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S