Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Qəza zamanı avtomobildə olan iki azyaşlı Çayqaraqoyunlu kənd sakinləri 6 yaşlı Elşad Həşimov və 9 yaşlı Çiçək Əhmədova hadisə yerində ölüb. Eyni zamanda qəzada xəsarət alan Çayqaraqoyunlu kənd sakinləri - sürücü Elçin Məmmədov, avtomobildə olan sərnişinlər - Rəqsanə Quliyeva, Günay Həşimova, Gülay Həşimova, Cəlil Əhmədov və Elif Həşimovadır. Hazırda onların müayinəsi Şəki RMX-da davam etdirilir. Qeyd edək ki, Şəkidə baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslər iki ailənin üzvləridir. Onlar rayonun Bideyiz kəndindən yaşadıqları Çayqaraqoyunlu kəndinə qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.