Qədim şəhərin 270 illiyinə həsr edilən növbəti belə tədbir Zaqatalanın ən ucqar kəndlərindən olan Kəpənəkçi kəndində baş tutub. Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.
Kəpənəkçi kənd mədəniyyət evinin kollektivinin kənd sakinləri və məktəblilərlə birgə hazırladıqları ədəbi bədii kompazisiya, “Arşın mal alan” və “ O olmasın bu olsun “ tamaşalarından səhnələr iştirakçılarda xoş ovqat yaradıb. Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb.
Şənbə, 17 Dekabr 2022 17:44