Yanğın Baş Küngüt kəndində baş verib. Hadisə kənd sakini Valeh Rəsulova məxsus, ümumi sahəsi 315 kvadratmetr olan evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 4 otağının yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb. Digər otaqlarda isə tavan zədələnib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı evin zirsəmisində olan 3 ədəd müxtəlif tutumlu maye qaz balonları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə daşınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.