Çərşənbə, 14 Dekabr 2022 18:50

Maarifləndirici tədbirlər davam edir...

Balakən rayonunun Qullar kəndində AQTA Şəki Regionl bölməsinin əməkdaşları ərəfindən keçirilən maarifləndirici tədbirldə sakinlərə həşarat və onunla mexaniki mübarizə tədbirləri barədə geniş məlumat verilib. Bildirilib ki, qonşu Gürcüstan Respublikasından yük maşınları vasitəsi ilə keçdiyi guman edilən qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid 300-dən çox bitki ilə qidalanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur. Meyvə bitkilərindən daha çox fındıq, alma,armud, xurma, sitrus meyvələri, kivi, üzüm, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, lobya, pomidor, texniki bitkilərdən tütün, pambıq, şəkər çuğunduru, günəbaxan, o cümlədən qarğıdalı, soya bitkilərinə, meşə,dekorativ və bəzək ağac,kol bitkilərinə ziyan vura bilir. Bir dəfəyə 300-dək yumurta qoymaq qabiliyyətinə malik bu həşarat bağ və bostanlarda məhsulun keyfiyyətinə zərər vurduğu kimi, ümumi məhsuldarlığıda 80-90 faizədək aşağı salır. Son bir ayda sözügedən ərazilərdə kütləvi rast gəlinən bu həşarat bölgənin ən ixracyönümlü məhsullarından sayılan fındıq, qoz, tütün, eləcədə qarğıdalı kimi vacib qıda məhsullarına zərər verə bilər. Aidiyyati qurumlarla yanaşı, əhalidə mexaniki mübarizə tədbirlərinə qoşulmalı, həşaratın kütləvi çoxalmasına və yayılma arenasının artasına əllərindən gəldikcə əngəl olmalıdırlar. İstini xoşlayan bu həşarat qışlama dövrünə əsasən evlərə və evlərin çaraqlarına doluşur. Bu zaman onları salafan torbalara toplayaraq, ağzını kip bağlı şəkildə yandırmaq lazımdır ki,dişi fərdlərin daxilində sonradan inkiaf edə biləcək yumurtalarda məhv olsun. Sözügedən həşarat 2010-cu ildə ABŞ-nən bəzi Ştatlarında alma məhsuluna 37 milyon dollar, 2016-cı ildə Gürcüstanda fındıq istehalına 53-59 milyon dollar, 2017-2019-cu illərdə isə Türkiyədə fındıq bitkisinə 1 milyard dollaradək zərər vurub. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S