Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Oğuz-Şəki avtomobil yolunun Qayabaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan və Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan 4 nəfər Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərin Mingəçevirdən Oğuza yas mərasiminə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.