Şəkidə “Regional tərəfdaşların inkişafı” layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Bakı şəhərindən və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib. Tədbirdə çıxış edənlər sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər. Tədbir çərçivəsində, həmçinin panel müzakirə təşkil olunub. KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Dövlət Məşğulluq Agentliyi nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallarcavablandırılıb. “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcək.