Şamaxı Heydər Əliyev Mərkəzinin və Sabir qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev siyasi irsinin təbliği məqsədilə yaradılmış təbliğat qrupunun üzvləri , məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi , müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Sonda Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi və sənədli film nümayiş etdirilib, şagirdlərin ifasında kompozisiya səsləndirilib.