Şəkidə 1 saylı Şəki mediasiya şurasının təşkilatçılığı ilə İctimayi Təqdimat və “Açıq qapı” Günü adlı tədbiri keçirilib. Tədbirdə mediatorlar, ədliyyə işçiləri iştirak ediblər. Şəki daxil olmaqla, Mingəçevir, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Ucar, Yevlax, Zaqatala, Zərdab rayonları üzrə mediatorların müraciətləri müzakirə olunub. Çıxış edənlər ölkəmizdə aparılan mediasiya islahatlarının artıq öz müsbət bəhrəsini verdiyini bildiriblər. Söhbət zamanı qeyd edilib ki, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq olmalıdır. Bildirilib ki, tədbirin məqsədi aparılan islahatlar barəsində ictimaiyyətə açıq məlumat vermək və bu fəaliyyəti şəffaf şəkildə çatdırmaqdan ibarətdir.