Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib. Belə ki, kənd sakini İzzət Həsənovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobil texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı qaz borusuna, sonra isə divara çırpılıb. Hadisə nəticəsində qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qaz xəttinin zədələnməsi nəticəsində ətraf ərazidəki evlərə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər görülür. Faktla bağlı araşdırma aparılır.