Şənbə, 26 Noyabr 2022 20:16

Yolayrıcın asfaltsız yolları…

Zaqatalanın Yolayrıc kəndinin sakinlərinin yol sarıdan bəxtləri heç gətirməyib. Rayon mərkəzindən 20-25 km aralıda yerləşən bu kəndin yoluna heç vaxt asfalt döşənməyib. Makov kənd İnzibati ərazi nümayəndəliyinə daxil olan bu kəndin əhalisi 1500 nəfərdən çoxdur. Nümayəndəliyin Makov, Paşan, Fındıqlı,Höytala kimi kəndlərinə illər öncə asvalt çəkilsə də, nədənsə bu kənd həmin prosesdən kənar qalıb. Yağmurlu havalarda palçıq, su çalaları, quru havalarda isə toz əlindən yolda piyada hərəkət etmək mümkünsüzdür. Sürücülər deyir ki, yararsız yol səbəbindən avtomobillərin ehtiyyat hissələri də sıradan çıxır. Digər tərəfdən, 10 dəqiqəlik yolu yarım saata gedərək ancaq mənzil başına çatırlar. Cəmi 5 kilometr uzunluğunda olan bu yolun bəzi hisələrinə yerli imkanlar hesabına çınqıl  döşənib. Lakin, bu da mövcud problemi ardan qaldırmır. Sakinlər mövcud problemlə əlaqədar dəfələrlə aidiyyati qurumlara müraciət etdiklərini bildirirlər. Avtomobil Yolları dövlət agentliyindən isə bildirildi ki, kənd daxili yolların təmiri regionların sosial-iqtiadi inkişafı layihəsinə uyğun olaraq aparılır. Beləliklə görünür, tezliklə Yolayrıcın yolları da asflat üzü görəcək.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S