Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəsissələrinə direktorların işə qəbul müsabiqəsinin test imtahan mərhələsi keçirilib. 6 rayon üzrə keçirilən müsabiqədə qeydiyyatdan 111 nəfər keçsə də subyektiv səbəblərdən imtahada 103 nəfər iştirak edib. 80 dəqiqə ərzində iştirakçılar 45 sual cavablayıblar. Namizədlər ən az 50 faiz bal topladığında imtahanın müsahibə mərhələsində iştirak hüququ qazanır. Qeyd edək ki, direktor olmaq üçün namizədlər ən az 5 il pedaqoji iş stajına malik olmalı və hal- hazırda pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar.