Şəkinin Köbər Zəyzid kəndinin sakinləri 3 ilə yaxındır ki, içməli suya həsrət qalıb. Belə ki, 200-dən artıq təsərrüfatı olan, 1200-ə yaxın əhalisi olan kəndin təlabatını qarşılamaq üçün qazılan quyulardan çıxan su içmək üçün yararlı deyilmiş. Bundan əlavə, artezian və subartezian quyuları ya çöküb, ya da işləmir. Kənd sakinlərinin müraciət etmədikləri yer, döymədikləri qapı qalmayıb. Ancaq dərdlərinə əlac edən yoxdur. Bir sözlə, artıq neçə ildir ki, məsələnin həll olunmadığını görən şikayətçilər son ümid yeri kimi Kanal S-ə üz tutub. Əməkdaşlarımız sözügedən kənddə yollanaraq məsələni araşdırmağa çalışıb.