Cümə axşamı, 17 Noyabr 2022 19:09

“İdman festivalı-2022”nın rəsmi açılış olub…

Şəki şəhərində ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı idman növlərinin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. Bir həftə davam edəcək festivalın ilk üç günündə  20-dən artıq Olimpiya idman növü üzrə idmançı və məşqçilər üçün ustad dərsləri keçirilib. Növbəti üç gündə isə şəhər sakinlərinin, idmansevərlərin qarşısında bu idman növləri nümayiş etdiriləcək. Açılış mərasiminə qatılan hər bir şəhər sakini qurulmuş idman stendlərində öz qüvvələrini sınayıb. Həm əylənib, həm də öyrəniblər. Qeyd edək ki, noyabrın 19-dək davam edəcək festivalda 150 idmançı və 35 məşqçi iştirak edir. Festivalın proqramına uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilib. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil edilib. Noyabrın 19-dək idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S