2022-2023-cü il tədris ili üçün Şəki-Zaqatala regional təhsil idarəsinin tabeçiliyində olan ümumi təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi keçirilib. Qeydiyyatdan keçmiş 195 müraciətçidən 186-sı müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda 169 nəfər direktor müavini olmaq üçün mübarizə apararaq qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar. İmtahanda uğurlu nəticə göstərən namizədlər üzrə müsahibədə iştirak hüququ qazanacaqlar. Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Qeyd edək ki, namizədlərə 6 rayon üzrə 29 vakant yer təklif olunur.