Çərşənbə, 16 Noyabr 2022 19:04

Qaydalara əməl etməyən sürücülər...

Emin Maşın sürətlə gəlirdi getdi darvazaya girdi. Qonşunun divarını dağıtdı. Yolun qırağı ilə də gedə bilmirik. Məsafə balacadır qorxursan ki gəlib sənə dəyər. Mətin Uşaqlar çölə çıxmağa da qorxurlar. Evdən oturduğun yerdə bir də görürsən maşın gəlir evə. Yuxarıda da izi var. Anar  uşaqlar çıxır böyük çıxır. Maşınların sürəti də 100-120. Bu yaxınlarda aşağıya znak qoydular o da cuzi təsir elədi müvəqqəti. Dəyanət sürət həddi yüksəkdir bir də görürsən gəlirsən böyründən elə keçir ki, az qala səni vura. Sakinlər deyir ki, hər gün eyni vəziyyətdir, dəfələrlə sürücülərə xəbərdarlıq etsələr də, heç bir nəticəsi yoxdur. Onlar problemdən çıxış yolunu sürət radarlarının qoyulması və yola xüsusi maneələrin döşənməsində görürlər. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsi yollarda sürət rejimini aydın şəkildə müəyyən edir. Həmin maddəyə əsasən, yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat-dır. Hər bir sürücü yaşayış məntəqəsində sürət rejiminə dair bu qaydanı əzbər bilməlidir və ona riayət etməlidir. Ancaq təəsüf ki, sürücülərin böyük əksəriyyəti qanunun tələblərinə əməl etmirlər. Xatırladaq ki, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmağa görə İnzibati xətalar məcəlləsində 10 manatdan 250 manata və 4 baladək cərimə nəzərdə tutulub. O ki, qaldı adıçəkilən yolda sürət radarlarının qoyulmasına, bunun üçün sakinlər BDYP-ə yolun təhlükəli olması ilə bağlı müraciət etməlidirlər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S