Şəki Olimpiya İdman Kompleksində “İdman festivalı-2022”yə start verilib. 5 gün davam edəcək festivalın ilk günündə idmançılara hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi xidmət, rəqs növləri üzrə təlimlər keçirilib, intellektual və debat yarışları təşkil olunub. Festivalda 23 olimpiya idman növü üzrə müxtəlif yaş qruplarında 149 idmançı və 35 məşqçi iştirak edir. Festivalın proqramına uyğun olaraq, idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil ediləcək. Həmçinin şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar da nəzərdə tutulub.