Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb. Yanğın hadisəsi gecə saatlarında Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan İsmayılova məxsus,üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb. Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 42 yaşlı Elnarə Qurbanova və onun körpə nəvəsi 1 yaşlı Elay Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.