Çərşənbə, 09 Noyabr 2022 18:51

Şamaxıda ilk qar…

Bir neçə gündür respublika ərazisinə hakim olan soyuq hava, nəhayət, sərt üzünü göstərdi. Şamaxıya ilk qar yağdı. Ən çox qar rayonun Nağaraxana,Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, və Dəmirçi kəndlərinə düşüb. Qışın vaxtından əvvəl gəlməsinə sakinlər hazır olmasa da, bu təbiət hadisəsi rayona gələn turistlərdə xoş ovqat yaradıb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına da səbəb olacaq. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 5-10 santimetrdən artıq qar yağıb. Qar səbəbindən yollarda hər hansı bir problem yaşanmayıb. Yol idarəsinin əməkdaşları gecə saatlarından vəziyyəti nəzarətdə saxlayıb. Çuxuryurd-Nağaraxana-Pirqulu istiqamətində yol açıq olsa da, Dəmirçi- Lahıc istiqamətində buzlanma və qatı duman müşahidə olunur. Gediş-gəlişdə heç bir problem yaşanmasa da qışa hazırlıqsız olan sürücülərə gecə və səhər saatlarında yola çıxmamaları tövsiyə olunur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S