Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Şəki rayon təşkilatı tərəfindən konfrans keçirilib. Tədbirdə partiyanın idarə heyyətinin rəsmiləri, İcra nümayəndəliyi, Regional Təhsil idarəsinin heyyəti, QHT-in üzvləri, qazilər, şəhid ailələri və bir sıra ictimayyət nümayəndələri iştirak edib. Partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra konfransda çıxış edənlər YAP milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrildiyini bildiriblər. Qeyd edilib ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 30 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Konfransda partiyanın keçdiyi 30 illik şərəfli yola qısa nəzər salınıb, əldə olunan uğurlardan bəhs edilib. Diqqətə çatdırılıb ki, YAP-ın digər rayon təşkilatları kimi Şəki rayon təşkilatı da istər ölkə, istərsə də rayonun ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. Sonda bir qrup gəncə partiya biletləri təqdim olunub, partiyanın fəal üzvlərinə fəxri fərmanlar verilib.