Əkinçilik Elmi Tədiqat İnstitutu tərəfindən yerli toxumçuluq şirkətinin maliyyə dəstəyi ilə Türkiyə mənşəli və yerli qarğıdalı sortlarının sınağı həyata keçirilib. Zaqatala Bölgə Təcrübə Stansiyasının Danaçı Dayaq məntəqəsində bu ilin may ayında əkini həyata keçirilən hibrid qarğıdalı və yerli sortların sınağı uğurla başa çatıb. Əkilən 5 növ Türkiyə mənşəli hibrid qarğıdalıdan 4-nün yerli və dəmyə şəraitinə tam uyğun olduğu təsbitlənib. Bu hibridlərin ekoloji testlərinin həyata keçirilməsində əsas məqsəd ölkədə ərzaq təminatının yerli istehsal hesabına təminatı ilə yanaşı, həm də toxum bazarına yerli qarğıdalı sortları ilə yanaşı, regionlaşdırılmış yüksək məhsuldar qarğıdalı hibridlərinin çıxrılmasıdır. Hal-hazırda ölkədə əkini həyata keçirilən qarğıdalı hibridlərinin böyük əksəriyyəti xarici ölkələrdən gətirilir. Bu isə toxum bazarında qiymət bahalığı ilə yanaşı, bəzən də toxumların yerli şəraitdə məhsuldarlığı yoxlanılmadığından istənilən nəticəni verməməsi ilə sonlanır. Gələcəkdə isə yüksək məhsuldar və yerli şəraitə uyğun gələn qarğıdalı hibridlərini əldə edərək bazara çıxarmağı hədəflənir.