Nəzir Osmanov xidməti dövründə bir neçə dəfə təltif olunub. O, peşəkarlığını döyüşdə də nümayiş etdirib. Sentyabrın sonlarından qoşulduğu Vətən müharibəsində bir-neçə yaralı hərbçini döyüş meydanından çıxarıb. Hadrut, Horadiz və Füzuli şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərən Nəzirin son döyüşü isə Şuşa ətrafında olub. Yaxınlığına düşən minaatan mərmisi qəhrəman döyüşçünü ağır yaralayıb və bir qədər sonra şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidin anım mərasimində şəhidin yaxınları, məktəblilər, kənd sakinləri məzarı baş toplaşıb. Ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər.Qeyd edək ki, Nəzir Osmanov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın və Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.