Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Zəfərin mübarək,Vətən!” mövzusunda konfrans keçirilib. Konfransda dövlət xidmətinin, rayon administrasiyasının rəsmiləri, filialın professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxışlarda tarixi Zəfərimizin mahiyyəti geniş təhlil olunub və tələbə-gənclərə bu estafeti şərəf və rəşadətlə davam etdirmələri tövsiyə olunub. Vurğulanıb ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Sonda təlləbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.