Çıxış edənlər rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq ifadə edilib.
Vurğulanıb ki, təhsil idarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür. Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.