Bazar, 30 Oktyabr 2022 08:30

Yeni meyvə sortları və ting istehsalı prosesinin təqdimatı keçirilib...

Ötən il fəaliyyətə başlayan Şamaxı Üzüm Tingçilik Mərkəzi üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniya şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə sortlarının yetişdirilməsi və ixracı təşkil edilir. Xarici və yerli mütəxəssislərlə birgə Şamaxıda 50-dən artıq fermerə yeni meyvə seleksiya nailiyyətlərinin təqdimatı keçirilib.  Təqdimatda İspaniyalı mütəxəssislər  yeni meyvə seleksiya nailiyyətləri və üzüm tinglərinin istehsalı prosesi haqqında danışıb.  Fermerlərin sualları cavablandırılıb və onlara məsləhətlər verilib. Sonra Şamaxı Üzüm Tingçilik Mərkəzinə səfər edilib, yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi və tinglər fermerlərə nümayiş olunub. Qeyd edək ki, respublikada tingçilik sahəsinin inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas hədəflərindən biridir.  Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, sertifikatlı, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S