İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir. Təqdim edilən yeni texnologiyalar bu baxımdan taxıl əkinində fermerlərin işini asanlaşdıracaq. Müşavirədə şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Yeni texnikalarla yığımın daha çevik aparılması növbəti əkinə zamanında başlamağa imkan verir. Eyni zamanda bu texnikalar torpağa ziyan vermədən, quru və demyə topraqlarda əkin işlərini zamanında həyata keçirməyə imkan yaradır, torpağın üst münbit qatı qorunur, atmosferə atılan zəhərli qazların təsiri azalır. Sonda onu da qeyd edəki ki, bu texnalogiyadan istifadə edəcək fermerlər ənənəvi üsulda 2 dəfə səpinqabağı əməliyyat aparmalıdır ki, bu da maliyə cəhətdən fermerə ən azı 100 azn başa gəlir. Ancaq bu texnologiyadan istifadə zamanı əlavə xərclərdən birdəfəlik qurtulacaqlar.