Bulaq şəhidlərin doğulub boya- başa çatdığı Şəki şəhərində istifadəyə verilib. Mərasimdə şəhidlərin ailə üzvləri, digər şəhid ailələri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan qürurla danışıb, onlarla bağlı xatirələrini bölüşüblər. Ardınca şəhidlərin ruhuna dualar oxunub. Məktəblilər də vətənpərvər ruhda şeirlər ifa ediblər. Qeyd edək ki, Baş leytenant Fərid İzzətli Xocavənd uğrunda gedən döyüşlərdə, Şəhid Elşən İbrahimov isə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.