Yarmarkanın keçirilməsində məqsəd Şəki-Zaqatala regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. Yarmarkada 20-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim ediblər. Tədbirdə texnikaların işinin nümayişi olub, viktorinalar keçirilib. Yarmarka fermerlər tərəfindən böyük maraqla qarşılanıb.