Havaların qeyri-sabit keçməsi nəticəsində bu gün səhər saatlarında Şəkinin Sabit Rəhman küçəsi ərazisində yerləşən çinar ağacı qırılaraq komunikasiya xəttlərinin üzərinə düşüb. Ağırlığa tab gətirməyən elektik və rabitə dirəkləri aşıb. Nəticədə ətraf ərazilərdə yaşayan sakinlər elektrik və rabitə xidmətindən məhrum qalıblar. Aidiyyatı qurumlar tərəfindən qəzanın fəsadları aradan qaldırılıb, yeni dirəklər basdırılıb və daha sonra enerjinin verilişi bərpa olunub.