Çərşənbə axşamı, 27 Sentyabr 2022 07:58

Əsl təndir necə hazırlanır?

Orta əsrlərdə Azərbaycanda geniş yayılmış təsərrüfat tikililərindən biri təndirxanalar olub. Arxeoloji araşdırmalar zamanı aşkar edilən əksər həyətlərdə bu təndirlərə rast gəlinib. Təndirlər əksər hallarda evin içində və dəhlizdə qoyulub. Buda onunla bağlı olub ki, həmin təndirlərdə çörəklə yanaşı, müxtəlif xörəklər də bişirilib. Hazırda da təndirə, təndirdə bişən çörək və yeməklərə böyük təlabat var. Mövzunu bu sahədə qədim ənənələri olan Qəbələdə araşdırmışıq. Qəbələdə qədim tarixə malik “Təndirkəsənlər” məhəlləsi var. Məhəllə sakinlərinin bir çoxu eyni peşənin sahibləridir. Uzun illərdir təndir hazırlayan Məlahət Qədirova deyir ki, bu məhəlləyə gəlin gəlib və qaynanasından öyrəndiyi sənəti indi özü davam etdirir. Məlahət xanım deyir ki, təndiri düzəldən zaman öncə onun torpağı düzgün seçilməlidir. Digər əsas şərt isə təndirin riyazi dəqiqliklə düzəldilməsidir. Təndiri yayda iki günə hazır etmək mümkündür, qışda isə bu iş bir həftəyə başa gəlir. Təndirin ölçüləri sifarişçinin istəyindən asılı olaraq dəyişir. Böyük təndir 40- 60 manat, kiçik təndir isə 25 manata satılır. Məlahət xanım ölkənin müxtəlif rayonlarından, Avropa ölkələrindən də sifarişlər aldığını deyir. Xüsusilə də son zamanlar turizm obyektlərində təndirə artan təlabat sifarişlərin sayını xeyli artırıb. Onu da qeyd edək ki, milli mətbəximizdə təndirdən təkcə çörək bişirmək məqsədilə istifadə olunmur, onun vasitəsilə həm də müxtəlif yeməklər hazırlanır. Təndir çörəyi kimi təndir kababı, təndir külləməsi, təndir qovurması da öz dadı və ləzzəti ilə məşhurdur. Müasir dövrdə cürbəcür metal qablar, elektrik mətbəx əşyaları olsa belə, təndiri heç nə əvəz edə bilməz.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S