Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. Araşdırma zamanı onların rayon sakinləri, qohumlar-İlqar Bayramov və Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb. İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.