Cümə, 09 Sentyabr 2022 13:00

Qaxda “Sağlam bədəndə sağlam ruh”

Qax Olimpiya İdman Kompleksində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross qaçışı və turnikdə dartınma növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. Açılış mərasimində çıxış edənlər idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, bu cür idman tədbirlərinin gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rolu var. Yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarından sonra yarışa qatılan 20-25 yaş arasında 60 nəfərədək gənc turnikdə dartınma və müəyyən olunmuş marşrut üzrə 3 min metr məsafəyə kross qaçışında yarışıblar.
Yarışın sonunda hər bir hərəkət üzrə ilk üç yeri tutmuş idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S