Sentyabrın 3-də Şəkinin Vərəzət və Baş Zəyzid kəndlərindən yanğınlar törədilməsi ilə bağlı xəbər vermişdik. Hadisə zamanı yanğınsöndürənlərin səylərinə baxmayaraq 32 yaşlı İmran Balaməmmədova məxsus ümumi sahəsi 242 kv.m olan 5 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb. Nəticədə ev yaşayış üçün yararsız hala düşüb. Bununla da 6 nəfərdən ibarət ailə müxtəlif yerlərdə gecələməli olur. Dünəndən başlayan aramsız yağışlar isə evsiz qalan ailənin vəziyyətini bir qədər də çətinləşdirib. Xatırladaq ki, yanğında həmçinin ailəyə məxsus "VAZ 2106" markalı avtomobil, tövlə yanıb. Tövlənin içində olan 6 baş iribuynuzlu mal tələf olub.