Şamaxı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 2021-2022-ci il tədris ilində Şamaxı rayon təhsil sektorunda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib. Heydər Əliyev adına parkda təşkil olunan görüşdə RİH-nin rəsmiləri, millət vəkili və təhsil işçiləri, valideynlər iştirak ediblər. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən,eləcə də tələbə adı qazanan bütün məzunlar təbrik edilib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışılıb, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılıb. Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə, habelə bir sıra müxtəlif layihə və müsabiqələrdə qalib olmuş məzunlara fəxri fərman və mükafatlar təqdim olunub. Qeyd edək ki, 2021-2022-ci tədris ilində Şamaxı rayon ümumtəhsil məktəblərinin məzunlarından 12 nəfəri 600 bal, 24 nəfəri 500-dən artıq bal toplayıb.