Cümə axşamı, 18 Avqust 2022 18:46

Toxum sərgi-satış yarmarkası öz işinə başlayıb...

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb. Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir. Yarmarkada Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, AKİA, Aqroservis ASC, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Yarmarkad çıxış edənlər regionlarında toxum sərgi-satış yarmarkaları keçirilməsinin əhəmiyyətindən, aqrar sektorun inkişafı üçün görüləsi işlərdən və bu sahədə atılan yeni addımlardan danışıblar. Bildirilib ki, toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir. Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Qeyd edək ki, növbəti sərgi-yarmarkası avqustun 20-də İsmayıllıda təşkil olunacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S