Super User
Azərbaycanın ən gözəl güşələrindən biri olan Zaqatala | Tur-İzim
Qar və çovğun hərəkəti iflic edib...
Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Şimal və Şimal-Qərb rayonlarında daha kəskin hal alıb. Bu istiqamətlərdə yola çıxan sürücülər çətin anlar yaşayıb.
Bir neçə gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Güclü qar nəticəsində bu gün İsmayıllı-Qəbələ yolu bağlanıb. Qar və çovğunda hərəkət edə bilməyən 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb. Yolda qarın qalınlığı 10-15 santimetrə çatıb. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb. Batıb qalan avtomobillər traktorlar vasitəsi ilə çıxarılıb. Eyni zamanda Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib. İsmayıllının Brovdal, Əhən, Mudri, Tağlabiyan, Həftəsab kəndlərinə 1 metr hündürlüyündə qar yağıb. Kəndlərlə əlaqə kəsilib. Hazırda bölgəyə güclü qarın yağması davam edir. Gecə saatlarından başlayaraq ölkənin əsas magistrallarında görünüş məsafəsinin məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qeyri -sabit hava şəraitinin isə martın 26-dək davam edəcəyi proqnozlaşdırılır.
Həkim-cərrah, endokrinoloq Xəqani Həsənov "Həkimcanlı"da 18.03.2022
Gicitkənli girs (2-ci hissə) | Kəndimiz 25-ci veriliş
Qar kəndlərlə əlaqəni kəsib...
Ölkənin şimal və şimal-qərb bölgəsində kəskin hava şəraiti davam edir. Qar bəzi istiqamətlərdə hərəkəti çətinləşdirib, kəndlərlə əlaqə kəsilib.
Şamaxıya yağan güclü qar nəticəsində kəndlərlə əlaqə kəsilib. Rayonun ucqar dağ kəndlərinə 70 santimetrədək qar yağıb. Şamaxı-Pirqulu yolunda, eləcə də Qızmeydan, Qaleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırlıqsız yola çıxan sürücülər öz minik avtomobilini yolun kənarında saxlamalı olub, bəziləri isə digər yük avtomobillərinin köməyi ilə hərəkət ediblər. Əraziyə Şamaxı rayon 19 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib. Lakin fasiləsiz yağan güclü qar və çovğun yenidən yolların bağlanmasına səbəb olur. Şimal rayonlarında isə ən çox yağıntı Xızının Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 32 santimetrə çatıb. Qubanın Qrız kəndində 16, Xaltana isə 27 santimetr qar yağıb. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyə enib. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraitinin martın 20-dək davam edəcəyi proqnozlaşdırılır. Gecə saatlarında şimal və şimal-qərb istiqamətlərində yolların buz bağlayacağı gözlənilir. Bu istiqamətdə hərəkət edəcək sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.
Gicitkənli girs (içliyin hazırlanması) 1-ci hissə | Kəndimiz 24-cü veriliş
İki qardaşın hazırladığı "qiz hörüyü" kəbabı | Yeməli 12-ci veriliş
Oftalmoloq-cərrah Faiq Quliyev "Həkimcanlı"da 17.03.2022
Hər kəsin hazırlaya biləcəyi möhtəşhəm yemək | Yeməli 11-ci veriliş
EHİM ictimaiyyətə geniş hesabat təqdim edib…
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat xarakterli görüş keçirib. Qurumun fəaliyyətinin 4 illiyi münasibətilə təşkil olunan görüşdə təqdimatla çıxış edən Mərkəzin direktoru elektron hökumət ekosistemi, Mərkəzin strateji hədəfləri, son dövrdə həyata keçirilən layihələr, bu layihələr üzrə standartların tətbiqi və risk analizi, 2021-ci il üzrə layihələrin artım dinamikası və gələcəyə olan planlar haqda məlumat verib. Tədbirdə həmçinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin təşkili, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı taktiki addımlar, dövlət informasiya sistemlərinə aid verilənlər bazasında mövcud olan məlumatların yenidən strukturlaşdırılması, “ASAN Bridge” Milli Məlubat Mübadiləsi Sistemi, kibertəhlükəsizlik alt qrupunun hesabatı ətrafında məruzələr edilib, geniş fikir mübadiləsi aparılıb.