Super User

Super User

Tarixi və abidələriylə turistləri özünə cəlb edən Şəkidə hələ də bir çox abidənin yenidən bərpa və ya restavrasiya olunmasına ciddi ehtiyac var. Bunlardan biri də tarixi tikili olan Dərə hamamıdır. Bir zamanlar insanların paklanmasını təmin edən hamamın bu gün özünün ağ günə çıxmasına ehtiyac var. Şəkinin Gəncəli məhəlləsində yerləşən XIX əsrdə sahibkar Məmmədnəbi tərəfindən tikilən “Dərə hamamı” baxımsızlıq ucbatından yararsız haldadır. Ümumi sahəsi 89 kvadratmetr hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam artıq 40 ildir ki, qapılarını sakinlərin üzünə bağlayıb. Hazırda pəncərələri sındırılan, qapısı qıfıllanan Dərə hamamının içində sakinlərin dediyinə görə ilanlar, gəmiricilər, eləcə də sahibsiz itlər məskən salıb. Həmçinin hamamın uçan tavan və divarları məhəllə sakinləri üçün də təhlükə yaradır. Məsələ ilə bağlı Yuxarı Baş Milli Tarix Memarlıq qoruğundan bildirildi ki, hamam təmir-bərpa ediləcək abidələrin siyahısına salınıb. Bərpadan sonra tarixi abidənin yenidən fəaliyyətə başlayacağı da istisna edilmir. Belə görünür ki, hamamın yenidən restavrasiya edilib köhnə günlərinə qayıtmasına az qalıb. Biz də ümid edək ki, deyilən sözlər və layihə kağız üzərində qalmaz .
Şənbə, 01 Oktyabr 2022 11:25

"Dastana dönən qəhrəmanlar"

Bu gün axşam saatlarında Şəkinin Salman Mumtaz küçəsində yol qəzası olub. Balakəndən Bakıya gedən Mercedes markalı sərnişin mikroavtobusu ilə Uaz markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində UAZ-ın sürücüsü Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şəki şəhəri Gəncəli məhəllə sakinləri 2017-ci ildən, marşrut problemi yaşadıqlarını idda edirlər. Sakinlərin sözlərinə görə bu yaşayış massivindən keçən yeganə 3 nömrəli marşrut düz 5 ildir ki, ləğv edilib. Ərazidə 531 yaşayış evi var. Hər gün evindən çıxıb hər hansı bir iş üçün getmək istəyən sakinlər, azı 800 metrə yaxın məsafəni ya piyada gedirlər ya da taksi sifariş edirlər ki, bu da əlavə xərcə səbəb olur. Sakinlərin sözlərinə görə artıq həmin marşrutlar Qala divarlarının aşağı hissəsində və Yuxarı Karvansaray dayanacağında dayanır. Bu da dağ ətəyində yaşayan məhəllə sakinlərinin işini müşkülə salır. Xüsusən də yaşlı insanlar daha çox əziyyət çəkir. Çünki qət ettikləri yol enişli- yoxuşlu çətin relyefdə yerləşən dağ yoludur. Məsələ ilə bağlı Şəki DANX-a müraciət etdik. Qurumun mətbuat xidmətindən məsələyə münasibət bildirilib. Qeyd edilib ki, Gəncəli məhəlləsinə 4-5 il öncəyə qədər heç bir avtobus işləməyib. Belə görünür, yalnız yollar təmir olunduqdan sonra həmin əraziyə marşrut xətti təyin edilə bilər. Bu müddət ərzində isə Gəncəli məhəlləsinin sakinləri enişli-yoxuşlu yolları piyada getməli olacaqlar.
Cümə, 30 Sentyabr 2022 06:40

Avtomobil piyadanı vuraraq öldürdü...

Qəbələnin Zarağan kəndində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Cahandar Ağababayevin idarə etdiyi "Ford" markalı avtomobil yolu keçmək istəyən Mirzəsöyün Cəlilovu vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mirzəsöyün Cəlilov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Cümə axşamı, 29 Sentyabr 2022 13:09

Endokrinoloq Nadirə Ağazadə "Həkimcanlı"da 29.09.2022

27 sentyabrda başlayan Vətən müharibəsində o da silah yoldaşları ilə birgə canını qoymuşdu ortaya. Qazanılan hər zəfərdə payı olduğundan sevincinin, qürurunun həddi yox idi. Məqsədi ömrü yetdiyi qədər Vətən torpağını qorumaq idi. Bu səbəbdən müharibə başa çatdıqdan sonra da ordu sıralarını tərk etmədi... Ta ki düşmən gülləsinə tuş gələnə qədər... Söhbət şəhid Fərid Lətifovdan gedir. 21 yaşlı Şəhid Fərid Lətifov 44 günlük Vətən müharibəsinin qəhramanlarından biri idi. Müharibə dövrü ərzində demək olar bütün cəbhə boyu vuruşan bu igid gənc əsgər olmasına baxmayaraq düşmənin qorxulu yuxusuna çevrilmişdi. Buna görə də “Şücaətə görə” , "Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Çox ağır və şərəfli döyüş yolu keçən Fərid Lətifov müharibədən sonra da qalıb xidmətini davam etdirmək qərarı alır. Xüsusi təyinatlı dəstədə xidmət edən Fərid cəmi iki il sonra Sentyabrda Kəlbəcərdə düşmənin törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid Fərid Lətifov sentyabrın 15-i Şəkinin şəhidlər xiyabanında dəfn edilib.

555 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S