Super User
Aslan | Kanal S-inema
Həyat gözəldir | Kanal S-inema
Dobuda xüsusi hazırlanmış yarpaq dolması | Kəndimiz 62-ci veriliş
Qeyri-sabit hava şəraitinin fəsadları...
Yağışlar səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Əraziyə lazımı sayda texnika və qüvvə cəlb olunub. Avtomobil Yolları Dövlət Agentliyindən bildirib ki, selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkət bərpa edilib. Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib. Sel suları otlaq, əkin sahələrini və kənd məzarlığını basıb. Daşqınlar əsasən çayın Ağdam rayon Əfətli kəndi ərazisindən keçən hissəsində olub. Sel, sahə və qəbristanlıq yolunda qurulan körpünü də yuyub. Daşqınlar baş verən əraziyə Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür. Həmçinin Kür çayında da suyun səviyyəsi artıb. Millli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin sonu, mayın əvvəli düşən yağıntılarla əlaqədar çaylarda, o cümlədən, Kürdə sululuq artıb. Bundan başqa, intensiv yağışın çaylarda qısamüddətli daşqınlara səbəb olacağı proqnozlaşdırılır. Qeyd edək ki, davam edən qeyri-sabit hava şəraiti nəticəsində şimal bölgəsində bəzi yaşayış məntəqələrinə qar yağıb. Normadan artıq yağıntılar səbəbindən həftə sonu Şəkinin Cunud kəndi və Qaxın Armudlu kəndi ilə əlaqə kəsilmişdi. Artıq kəndlərlə əlaqə bərpa olunub. Rayonlarda yağıntılı hava şəraitinin isə mayın 10-dək davam edəcəyi gözlənilir.
Talalıların su problemi həllini tapacaq?
Zaqatalanın iki ən böyük kəndinin - Yuxarı və Aşağı Talanın sakinləri neçə illərdir ki, içməli su problemindən əziyyət çəkir. Hər il bir neçə dəfə sel suları kəndlərin artıq öz istismar müddətini başa vurmuş su xəttlərini yuyur. Əlacsız qalan sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar. Əvvəllər bir tonu 5 manata təklif edilən su isə indi 6,7 manatadır. Bu da sakinlərin ailə büdcəsinə xeyli ziyan vurur. Kəndlərə gələn su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub. İllər ərzində əhali sayı da artdığı üçün mövcud su xətləri onsuz da sakinlərin ehtiyacını ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtirizasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Kəndlərin su problemini kökündən həll etmək üçün su sistemlərinin də kökündən dəyişilməsinə ehtiyac var. Buna isə hal-hazırda bələdiyyələrin vəsaiti çatmır. Rayonun ən səfalı yerində yaşayıb içməli suya belə həsrət qalan Talalıların bu probleminin həlli istiqamətində Rayon İcra Hakimiyyəti, bələdiyyələr, eləcə də yerli sakinlər tərəfindən aidiyyati qurumlara müraciət edilib. Ümid qalıb həmin qurumlardan gələcək müsbət cavaba. Bu iki kəndin su sistemləri də yenidən qurularaq, Su Kanal idarəsinin balansına keçərsə sakinlərin su dərdinə birdəfəlik son qoyula bilər.
Dağda 43 yaşlı kişinin meyiti tapılıb…
Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Xalxal kəndində baş verib. Məlumata görə, 43 yaşlı Dağlar Həmidov dağa odun gətirmək üçün gedibmiş. Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit dağlıq ərazidən düşürülərək aidiyyəti üzrə təhvil verilib. Dağlar Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.