Super User
Rüfət Nasosnu, Ramin, Narin Nəriman, Türkan, Ülviyyə, Dr. Münasib "5 gün" Mikayıl ilə"də 29.07.2025
Şamaxıda zəncirvari qəzada bir nəfər həyatını itirdi
“Qu quşunun nəğməsi” səhnələşdirilib
Şəki Dövlət Dram Teatrı mövsümə “Qu quşunun nəğməsi” əsəri ilə yekun vurub. Anton Çexovun hekayəsi əsasında hazırlanan tamaşa teatrın fədailərinə həsr edilib.
“Qu quşunun nəğməsi” səhnələşdirilib
Şəki Dövlət Dram Teatrı mövsümə “Qu quşunun nəğməsi” əsəri ilə yekun vurub. Anton Çexovun hekayəsi əsasında hazırlanan tamaşa teatrın fədailərinə həsr edilib.
Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır
Daha bir hadisə isə Şəkinin Aşağı Göynük kəndində baş verib. Kənd sakini, 54 yaşlı Cəlil Zamanov tövlədə işləyərkən qəfildən onun sağ əlindən ilan sancıb. Xəsarət alan yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.
Kəndlinin tövləsi, taxılı və ev quşları yandı
Şəkinin Baş Göynük kəndində yanğın olub. Kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsi, damına yığılan 9 ton ot bağlaması, 200 kiloqram taxıl və 30 baş ev quşu yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ana və qızı yol qəzasında ağır xəsarət alıb
Şamaxıda ağır yol qəzası baş verib. Bu gün saat 13:00 radələrində Göyçay rayon sakini, 24 yaşlı Fuad Cabbarov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 45 yaşlı Kəmalə Rəfiyeva və onun 17 yaşlı qızı Leyla Rəfizadəni vurub. Hadisə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. Ağır yaralanan ana və qızı ətrafdakı sakinlərin köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb. Hər iki yaralının vəziyyəti ağır qiymətləndirilir.
Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı
Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib. Bir həftə ərzində Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı Üzeyir bəyin “Cəngi” əsəri ilə başlayıb.
700 bal toplayan Orxan: "Mobil telefonum olmayıb"
Ötən gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas üzrə iyulun 13 iyuldə keçirilmiş qəbul imtahanının nəticəsini elan etdi. İmtahanda 2 nəfər - Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Sona Nurməmmədli və Şəkinin Orta Zəyzid kənd 1 saylı orta məktəbinin məzunu Orxan Abdulsəmədli IV ixtisas qrupu üzrə maksimum nəticəni göstərib. Əməkdaşlarımız Orxanla həmsöhbət olub, təəssüratlarının və uğurun sirrini öyrəniblər.