Evin altında Şirvanşahlar dövrünə aid tarixi abidə...

Rate this item
(0 votes)
Hər daşı, torpağı tarix qoxan Şamaxıda hətta evində tarixi abidələrlə yaşayanlar var. Şəhərdəki evlərdən birinin altında Şirvanşahlar dövrünə aid Ovdan mövcuddur. Qeyri adi tikilişə malik olan abidə bu günümüzə qədər ev sahibləri tərəfindən qorunub saxlanılıb. Ən maraqlısı da odur ki, əsrlər keçməsinə baxmayaraq ovdanın içərisində olan su kəhrizindən hələ də istifadə edilir. Xüsusi memarlıq üslubunda tikilən abidə görənlərin marağına səbəb olur.
Şamaxı sakini Xəlil Əfəndiyevə məxsus yaşayış evinin həyətində Şirvanşahlar dövrünə aid tarixi abidə olan Ovdan mövcuddur. 12-14-cü əsrlərə aid olduğu ehtima edilən tarixə abidə yerin 4-5 metr dərinliyində yerləşir. Burada kəhriz sularının toplandığı daş çarhovuz var.Ev sahibinin sözlərinə görə 40 ilə yaxındır ki hovuza yığılan sudan hər gün istifadə edirlər. Hələ bu zamana kimi hovuzun qurumasına rast gəlməyiblər.  Ovdan ümumilikdə 3 otaqdan ibarətdir. 1-ci otaq dördbucaqlı formada bişmiş kərpiclərlə tağ şəklində inşa edilib. Otağın mərkəzində kvadrat formalı, daş hovuz, onun ətrafında isə insanların oturub istirahət etməsi üçün səkilər var. Otağın tavanında insanların rahat nəfəs alması üçün dördkünc formada nəfəslik var. 2-ci otaq daş və kərpicdən inşa edilib. Bu otağın girişində, sağ və sol istiqamətində dairəvi nəfəsliklər mövcuddur. İknci otağın girişi ilə üz-üzə tağ formalı, sonradan daşla hörülmüş qapı var. 3-ci otağın qapısı hörüldüyü üçün indiyədək bura girmək mümkün olmayıb. Ovdan demək olar ki, Şamaxıda tarixi abidələrin içərisində ən sağlam abidə kimi bu günümüzə qədər gəlib çıxıb. Ancaq artıq restavrasiyaya ehtiyacı var. Abidənin divarlarının bəzi hissələrində kərpiclər qoparaq tökülüb. Ümumiyyətlə isə Şamaxı qala divarları boyunca çoxlu sayda ovdanlar mövcud olub. Bunlardan ancaq ikisinin yeri müəyyən edilib. Hansı ki, hər iki ovdan Orta əsr Şamaxı şəhərinin su təchizat sisteminə daxil olub. Hələlik bu tarixi abidələr dövlət qeydiyyatına alınmasa da 2022-ci ilin dövlət proqramında Şamaxı şəhəri ərazisində mövcud olan hər iki ovdanın da bərpa-konservasiyası nəzərdə tutulub.
Sakinlərin kortəbii şəkildə ovdanı belə deyək, təmir etməsi hər halda doğru deyil. Onları da qınamaq olmur illərdir nəsildən nəslə keçib, qoruyublar. Məqsəd yenə də qorumaqdır. Ancaq hər halda aidiyyatı qurumlar bu məsələylə məşğul olmalıdır. Bərpa-restavrasiya işləri mütəxəssislərə həvalə olunmalıdır.
Read 15 times

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S