Ölkənin əsas turizm şəhərlərindənolan Şəkinin bir neçə mərkəzi küçəsi və marketlərin qarşısı istisna olmaqla əksər ərazilərdə zibil qablarına rast gəlinmir. Və ya zibil qabları bir-birindən çox uzaq qoyulduğundan sakinlər zibili atmaq üçün xeyli yol getməli olur. Bəziləri isə zibili eləcə yerə və ya kanalizasiya arxlarına atır. Bu da şəhərin daha çirklənməsinə, arxların tutulmasına gətirib çıxarır. Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyindən də şəhərdə bu problemin olduğunu təkzib edilmədi. Bildirildi ki, birliyin balansında olan zibil qabları yalnız inzibati binaların qarşısında, bəzi mərkəzi küçələrdə yerləşdirilib. Həmçinin yeni zibil qablarının ayrılması üçün də işlər aparılır. Nüsrət Mürsəlov onu da qeyd etdi ki, yeni zibil qabları ayrıldıqdan sonra şəhərin zibil qabı olmayan müəyyən hissələrinə də zibil qablarının qoyulması planlaşdırılır. Məsələ barədə ekspertlər isə bildirir ki... Lakin qabların olmaması vətəndaşın zibili istədiyi yerə atmasına da bəraət qazandıra bilməz. Şəhərin təmiz saxlanması, infrastrukturun qorunması nə qədər aidiyyəti dövlət qurumlarından asılıdırsa, bir o qədər də sakinlərin davranışı, şəhər mədəniyyətinə münasibəti ilə sıx bağlıdır.