Super User

Super User

Çərşənbə axşamı, 10 May 2022 08:27

Dağda 43 yaşlı kişinin meyiti tapılıb…

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Xalxal kəndində baş verib. Məlumata görə, 43 yaşlı Dağlar Həmidov dağa odun gətirmək üçün gedibmiş. Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit dağlıq ərazidən düşürülərək aidiyyəti üzrə təhvil verilib. Dağlar Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Bazar ertəsi, 09 May 2022 12:24

Bostana qulluq | Kəndimiz 61-ci veriliş

Çin xalq respublikasından gətirilmiş ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Artıq toxumlardan alınan qurdlar müəyyən olunmuş qaydada kümçülərə paylanır. İlk öncə 6500 qutu ipəkqurdu toxumları respublikanın aran bölgəsində paylanılıb. Hal-hazırda isə 3500 qutu ipəkqurdu şimal bölgəsi üzrə paylanılır. Qəbələ sakinləri də ipəkqurdu almaq ücün məntəqəyə üz tutub və onlar bu il də yüksək məhsul almağı planlaşdırırlar. Həmçinin bu ildən başlayaraq Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının hazırlanmasına başlanılıb. İlk olaraq 1130 qutu ipəkqurdu toxumu hazırlanıb ki, bu da Qax və Zaqatala kümdarlarına paylanılıb. Qeyd edək ki, bu il respublikada yaş baramanın qiyməti 9 manatdan 11 manata qaldırılıb.

“Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Şəkidə "Şuşa sən azadsan" adlı tədbir keçirilib. Şəhər ictimaiyyətinin, şəhid ailələri, qazilər, gənclərin iştirak etdiyi tədbirdə Azərbaycan uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi yad edilib. Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyi Şuşanın zəngin tarixindən, işğal dövründə məruz qaldığı dağıntılardan, igid ordumuzun inanılmaz əməliyyatla Şuşanı azad etməsindən söz açılıb. Hazırda Şuşada abadlıq quruculuq işlərinin aparılması ilə öz əvvəlki füsunkar gözəlliyinə qayıdacağına əminlik vurğulanıb. Sonra tədbir iştirakçıları Şəki Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.  Konsert proqramında ölkəmizi, xüsusən də Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərləri ifa edilib. 

638 -dən səhifə 692

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S