Super User

Super User

Bazar ertəsi, 18 Aprel 2022 09:52

Hacı Dayının Nəvələri 21-ci Bölüm

Daha bir ailə münaqişəsi qətl ilə yekunlaşıb. Hadisə gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün də boğaz nahiyəsini kəsərək intihar edib. İlkin araşdırma zamanı qətlin bəzi təfərrüatları məlum olub. Xavər Həsənova Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirmiş. Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada yaşayıb. O, bir müddət əvvəl Zaqatalaya qayıdıb. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Bazar, 17 Aprel 2022 08:34

Ümumşəhər iməciliyi keçirilib...

Şəkidə ümumşəhər iməciliyi keçirilib. İməcilik zamanı Şəkinin bir sıra ərazilərində, təmizlik və abadlıq işləri aparılıb. Yolların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlər də yaxından iştirak ediblər. 

Bazar, 17 Aprel 2022 08:23

“Zəfər tariximizi yaşadaq”

Vətən müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun adını daşıyan Zaqatala şəhər 5 saylı tam orta məktəbində “Zəfər tariximizi yaşadaq” adlı tədbir keçirilib. Tədbirə Rayon İcra Hakimiyyətinin,Təhsil Şöbəsinin nümayəndələri, 44 günlük Vətən müharibəsində iştirak edən qazilər və qəhrəman şəhidimiz İsmayıl Səmədovun ailəsi qatılıb. Çıxış edənlər Vətən müharibəsindən danışaraq, bu şanlı tarixin hər bir azərbaycanlı üçün qürur yaddaşı olduğunu qeyd ediblər. Vurğulanıb ki, ali baş komandanın başçılığı ilə dəmir yumruq kimi birləşən Azərbaycan xalqı düşmənə layiqli cavabını verib.  Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini də qeyd olunub. Tədbir şagirdlərin hazırladığı ədəbi -bədii kompazisiya ilə davam edib .

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku – 2022” turniri start götürüb. Turnirin açılış mərasimdə şəhərin rəhbər şəxsləri, komandalar və ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd Ümummilli liderin xatirəsini anmaq, təşkilatlar arasında dostluq münasibətləri formalaşdırmaqdır. Dövlət himninin səslənməsilə turnir açıq elan olunub. İlk oyun Şəki şəhər icra hamiyyətinin komandası ilə “Marxal” komandası arasında baş tutub. Qeyd edək ki, 4 qrupda 20 komandanın mübarizə aparacağı turnir mayın 10-dək davam edəcək. 

632 -dən səhifə 672

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S