Şənbə, 03 İyun 2023 17:15

Qanunsuz küçə ticarəti

Balakənin rayon mərkəzindən üzü bazara doğru gedən 150-200 metrlik bir yol var ki, sakinlər bu iki dəqiqəlik yolu günün müəyyən saatlarında 20 dəqiqəyə belə keçə bilmirlər. Bunun bir səbəbi bazar yolunda səkilərdə qurulan piştaxtalardısa, digər əsas səbəbi isə yol kənarlarında avtomobillərin uyğunsuz saxlamasıdır. Üstəlik bu yolun, rayonun mərkəzindən bazara aparan yeganə yol olduğunu nəzərə alsaq, ailəsinə bazarlıq etmək üçün vaxtaşırı bu yolu getmək məcburiyyətində qalan sakinlərin nəticədə əsəbləri tarıma çəkilir. Qaynar xəttimizə daxil olan bu problemin səbəbi və həll yollarını araşdımışıq. İzləyək... Balakən bazarına gedən yolun özü el əsl bazarı xatırladır. 100-150 mertlik bu yolun hər iki səkisində quraşdırılan piştaxtalarda müxtəlif ərzaq və qeyri ərzaq məhsulları satılır. Gigiyenik cəhətdən də uyğun olmayan bu vəziyyət yolda tıxacların yaranmasına səbəb olur. Bazar yolunda sasən günün səhər saatlarında sıxlıq müşahidə edilir. Bunun əsas səbəblərindən biri də həmin saatlarda bazar istiqamətinə satış üçün məhsul gətirən sakinlərin istifadə etdikləri nəqliyyatın, kəndlərdən və başqa ərazilərdən bazar istiqamətinə sərnişin daşıyan taksilərin və bu istiqamətdə fəaliyyət göstərən ərzaq və qeyri ərzaq mağazalarına yük gətirən iri tutumlu maşınların öz avtomobillərini uyğunsuz yerdə saxlamalarıdır. Yol kənarı ticarətlə məşğul olan satıcılar isə səkidə quraşdırdıqları piştaxtaların nəqliyyatın hərəkətinə heç bir təsir göstərmədiyini əsas gətirirlər. RPŞ əməkdaşları qanunsuz və uyğunsuz yerdə avtomobil və sərnişindaşıma vasitələrini saxlayan sürücülərə xəbərdarlıq edərək yolu boşaltmağa çalışsalar da bu, problemin həllinə gətirib çıxarmır. Nəticədə sözügedən ərazidə yenə də sıxlıq müşahidə olunur. Yol kənarında qurulan piştaxtalar isə insanların gediş gəlişinə mane olmaqla yanaşı, həm də şəhər mərkəzində olan bu yolun estetik görünüşünə xələl gətirir. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə polis əməkdaşları da fəaliyyətlərini davam etdirir. Bir sözlə, yol kənarında ticarətlə məşğul olanların da, taksi və başqa yük daşıma ilə məşğul olanların da özlərinə görə arqumenti var. Kimin haqlı, kimin isə haqsız olmasından asılı olmayaraq, problem sakinləri narahat edir. Ümid edirik, tezliklə məsələ hər tərəfin razı qalacağı şəkildə öz həllini tapacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S