Çərşənbə, 08 Fevral 2023 17:37

4 otaqlı ev külə döndü…

Şamaxıda yanğın olub. Hadisə Şamaxı şəhərində, 48A məhəlləsində yerləşən evdə qeydə alınıb.  Rayon sakini Mahirə Cəbiyevaya  məxsus 4 otaqlı evdə baş verən yanğının söndürülməsinə FHN-in Şamaxı yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S