2008-ci ilin 29 dekabrından Şəki və ətraf rayonlarda yayım həyata keçirən Kanal S televiziyası 2012-ci ildə Milli Televiziya və Radio Şurasının verdiyi lisenziyaya əsasən 28 yanvar 2021-ci ildən artıq peyk yayımına da start verdi. Bu müddət ərzində maddi-texniki bazasını gücləndirməklə məşğul olan kanal artıq bütün standartlara cavab verən yayım həyata keçirmək gücündədir. "Sizdəyik" sloqanını əsas götürərək məqsədimiz bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır. Hazırda kanalda 121 əməkdaş çalışır və 14 veriliş istehsal olunur.