Super User

Super User

Şamaxının Mədrəsə qəsəbəsi və Kərkənc kəndində abadlıq və quruculuq işləri aparılır. Hər iki yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənir. Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Tamam Cəfərova aparılan işlərlə tanış olub, sakinlərin problemlərini dinləyiblər.  İndiyədək Mədrəsə qəsəbəsində ümumilikdə 603 ədəd 0.4 kV-luq, 50 ədəd 10 kV-luq elektrik dirəyi yenilənib, 5000 metr SİP kabel çəkilib və 5 transfarmator məntəqəsinin yeri hazırlanıb. Bu da qəsəbənin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatında müstəsna əhəmiyyət kəsb edir. Kərkənc kəndində isə 80 ədəd 0.4 kV-luq dirək yenilənib, 2 transfarmator məntəqəsinin yeri hazırlanıb. Hazırda yenilənmə işləri sürətlə davam etdirilir.
Çərşənbə axşamı, 22 Fevral 2022 18:15

Tələbələr maarifləndirilib...

Şəki Dövlət Yol Polisi Təhsil Müəssisələrində maarifləndirmə tədbirləri keçirir.  Regional Kollecdə keçirilən tədbirdə Şəki ŞRPŞ-nin DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru, kollec rəhbərliyi və tələbələr iştirak edib. Yol hərəkəti qaydaları ilə bağlı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda aktivlik göstərərək fərqləndiyi üçün, kollecin III kurs tələbəsi sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazırlıq vəsaiti ilə mükafatlandırılıb.
Çərşənbə axşamı, 22 Fevral 2022 08:42

Hacı Dayının Nəvələri 7-ci Bölüm

Qaxda küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçirib. Müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb. Yol verdikləri qayda pozuntuları onlara izah olunub və həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
605 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S