Super User
Şamaxıda bir ailənin 5 üzvü dərəyə uçdu...
Lalə müğənni Xatunla Şamaxıda "Kim var, kim yox?" dedi
Ocaqda ləzzətli yarpaq dolması | Kəndimiz 84-cü veriliş
Elmi-praktik konfrans...
Səhnənin yeni Çarli Çaplini Fərhad Kılıç | Sənətdəsən
Ümumi cərrah Nigar Aslanova "Həkimcanlı"da 09.06.2022
Yüngül yemək: Pencər qovurması | Kəndimiz 83-cü veriliş
Məzunu olduğu kollecdə şəhidin anım günü keçirilib...
Vətən müharibəsində canını torpaqların azad edilməsi uğrunda fəda edərək şəhadətə yüksələn Şəkinin mübariz oğullarından biri olan şəhid Toğrul Nağıyevin ad günü münasibəti ilə anım tədbiri keçirilib. İlk öncə şəhidin məzarı başında əziz xatirəsi yad edilib. Ardından məzunu olduğu Şəki Dövlət Regional Kollecində davam edən anım tədbirində şəhidin ailə üzvləri, icra hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər iştirak ediblər. İstirakçılar Vətən müharibəsini əks etdirən rəsm sərgisi ilə tanış olublar. Çıxış edənlər Azərbaycanın haqq savaşında vətənin səsinə səs verən Toğrul kimi igid oğulların qəhrəmanlığından danışıb, onun haqqında xatirələrini dilə gətiriblər. Xatırlanıb ki, vətən sevgisi ilə alışıb yanan, “Könüllülərin komandiri” adlandırılan Toğrul yaşasaydı 22-ci yaşını qeyd edəcəkdi. bildirilib ki, Toğrul Nağıyev 2018-ci ildə Şəki Dövlət Regional Kolecinin qarmon müəllimiyi ixtisasını bitirib, 2020-ci il oktyabrın 14-də Tərtər istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Meşədə narkotik plantasiyası salanlar saxlanılıb...
İsmayıllıda meşədə narkotik plantasiyası salan Şirvan şəhər sakinləri saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ələ keçiblər. İsmayıllı rayonun Ruşən kəndi ərazisindəki meşə massivində külli miqdarda narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan Şirvan şəhər sakinləri- Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb. Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən ay narkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub. Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq- əməliyyat tədbirləri davam etdirilir.
Sel fəsadlar yaratdı…
Ötən gün axşam saatlarından Şimal-Qərb bölgəsinə yagan aramsız yagışlar Qax rayonunun İlisu kəndində fəsadlar yaradıb. Kəndin daxilindən axan çayın suyu artıb. Sel suları çay məcrasına iri daş parcaları və dağ süxurları gətirərək su ötürücü qurğunu tamamilə bağlayıb və kənd ücün təhlükə yaradıb. Qax suvarma sistemləri idarəsinin texnikaları həmin ərazidə fəsadın aradan qaldırılması istiqamətində işlərə başlayıb. Yağan güclü yağış nəticəsində dağdan axıb gələn daş və çınqıllar İlisu kəndinə gedən yola tökülərək yolda gediş-gəlişi çətinləşdirib. Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC tərəfindən gecə saatlarından əraziyə texnikalar və canlı qüvvə cəlb olunaraq təmizlik işləri aparılıb və yollar tam təmizlənib.